Planlaşdırma üzrə menecer
Kateqoriya :İnzibatiMenecment
Əmək haqqı:1700 AZN
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:26 Dec 2014
Son tarix:26 Mar 2015
Elanın nömrəsi:83
Baxılış sayı:1101
Məlumat

- Şirkətdə müvafiq departament və bölmələrdən istehsalat və satış ilə bağlı proqnoz, anbar və inventar qalıq məlumatlarının toplanması və analiz edilməsi və istehsalat mühəndisləri ilə mütamadi olaraq günlük, aylıq istehsalat planlarının tutulması 
- İnventarizasiyanın dəqiqliyini artırmaq üçün inventarizasiya səviyyəsinə/hərəkətinə nəzarət və analiz edilməsi, anbarda olan xammal ehtiyatlarının istehsal planlamasına uyğun olaraq kontrol edilməsi, anbar baza sisteminin yaradılması və bütün stokun (inventar) idarəedilməsi 
- İzafı inventarı azaltmaq və xidmət səviyyəsini artırmaq məqsədilə proqnozların analiz edilməsi, qabaqcadan yarana biləcək istehsalat risklərinin qarşısının alınması ilə bağlı müvafiq hesabatlar hazırlamaq 
- İstehsalat bölmələrinin istehsal gücünə və eyni zamanda aylıq satış proqnozlarına uyğun olaraq növbəti aylaq üçün istehsalat planını tutmaq, xammal sifariş planın hazırlamaq 
- İstehsal olunan məhsulun müştəri və ya təchizatçılara prosedur və qaydalara uyğun şəkildə çatdırılması üçün mütamadi olaraq danışıqların aparılması və daşınma və çatdırılma qaydalarının icra müddətinin müəyyən edilməsi, müştəri balansına uyğun olaraq sifarişlərin planlaşdırılması və həyata keçirilməsi 
- Xammal cədvəlinin yenilənməsi və nəzarət edilməsi, cədvəl üzrə gecikmələrin qarşısını almaq üçün işlərin tələb edildiyi qədər sürətləndirilməsi, xammal planı və proqnozlardan geri qalmalar haqqında xəbərdarlığın edilməsi 
- Məhdudiyyətləri öyrənmək və maksimal əməliyyat həcmlərini (capacity) hesablamaq məqsədilə təchizat və istehsalat məlumatlarının analiz edilməsi 
- İstehsal zonası üzrə iş cədvəlinin hazırlanması

Namizəddən tələblər

- İstehsalat Mühəndisliyi, marketinq-biznes sahəsində və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi 
- İstehsalat və ya əlaqəli əməliyyatlar üzrə sahədə ən azı 3 il iş təcrübəsi 
- "Lean Six Sigma" sertifikasiyası/təlimi keçməsi əlavə üstünlükdür; SAP (Systems, Applications & Products in Data Processing) PM və DMS modullarının idarə edilməsi 
- İstehsalat və əlaqəli əməliyyatlar mühitində intizamı planlaşdırmaq qabiliyyəti 
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları; komanda ilə işləmə bacarığı, qərar qəbuletmə qabiliyyət 
- Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı bilik 
- MS Excel (Data Analysis, Graphics, Pivot tables); MS Word, PowerPoint və Outlook proqramları üzrə biliyi 
- Hesabatların hazırlanması və təqdimatı, problemlərin təhlili və həlli ilə bağlı səriştəli olmaq

E-mail: hr.interprofil@gmail.com

 


Copuright © 2014
created by NetMedia MMC