İstehsalat Mühəndisi
Kateqoriya :Sənaye və kənd təsərrüfatıMühəndis
Əmək haqqı:1200 AZN
İşə götürən :Interprofil MMC
Əlaqədar şəxs :Amil Məmmədov
Ünvan:Bakı >> Bakı şəhəri
Yaş:30
İş təcrübəsi:5 ildən artıq
Təhsil:Ali
İxtisas:Mühəndis
Email:hr.interprofil@gmail.com
Tarix:09 Dec 2015
Son tarix:16 Dec 2015
Elanın nömrəsi:8047
Baxılış sayı:948
Məlumat

- Dəmir-polad borular, profillər, şvellerlər, künclüklər və s. məhsullar ilə bağlı günlük istehsalat prosesinin planlaşdırılmasını həyata keçirmək, istehsalat planı tərtib etmək, zavodda aparılan texnoloji proseslərə, istehsalat sahələrinin xammal və materillarla təchizatının təmin edilməsinə nəzarət etmək - Dəmir-Polad boruların, profillərin, şvellerlərin, künclüklərin və s. istehsal olunması sahələrində texnoloji prosesin tənzimlənməsi ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi üçün əlaqələndirici işləri yerinə yetirmək, istehsalat sahələrində baş verə biləcək qəza hallarının, nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək - İstehsalat sahələrində müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək və bir başa buna rəhbərlik etmək - Zavodda istehsalat prosesində bir başa fəaliyyət göstərən işçilərin (fəhlələr, operatorlar, ustalar, kran sürücüləri, lojistik işçilər) iş prosesinə nəzarət etmək, işçilərin növbə cədvəllərinin düzgün tərtib edilməsinə nəzarət etmək - Zavodda yeni dəzgah və ya avadanlığın quraşdırılması, cari təmir işlərinin aparılması, ehtiyat hissə bazasının yaradılması, təmirə ehtiyac duyulan hissələrin müəyyən edilib vaxtında təmir edilməsi, dəzgahların təmir və ya yenisi ilə əvəz olunmasına dair rəy verilməsi və təmir işlərinin icrasına cavabdehlik daşımaq, bir başa direktora həftəlik (ehtiyac duyulduqda günlük) hesabatlar tərtib edib vermək - İstehsal olunan malların standartlara uyğun ölçüyə, həcmə, keyfiyyətə uyğun istehsal olunmasına nəzarət etmək və bir başa istehsalat prosesinə cavabdeh olmaq - İşçilərə mütamadi texniki təhlükəsizlik qaydaları izah etmək, dəzgah və avadanlıqlardan təhlükəsiz şəkildə idarə edilməsi qaydaları haqqında işçiləri maarifləndirmək, təlimlər təşkil etmək - İstehsalat prosesi ilə bağlı bütün sahələrdə rəhbərliyə hesabat vermək

Namizəddən tələblər

- Polad, dəmir məmulatlarının istehsalatı sahəsində İstehsalat Mühəndisi kimi minimum 5 illik təcrübəyə malik olmaq - İstehsalat sahəsində ali və ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsilli olmaq məqsədə daha uyğundur) - Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacarıqları olmaq - Hesabatlar hazırlamaq, akt tərtib etmək bacarıqları, MS office proqramların bilməsi - Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olması - Dəqiqlik, analitiklik qabiliyyət QEYD: Uyğun namizədlər hr.interprofil@gmail.com adresinə mövzu hissəsinə \"İstehsalat Mühəndisi\" yazaraq CV göndərə bilərlər. Yalnız tələblərə uyğun olan şəxslərlə əlaqə saxlanılacaqdır. Xahiş edirik telefon vasitəsilə əlaqə saxlanılmasın!


Copuright © 2014
created by NetMedia MMC