Insan Resursları Departamentinin Mütəxəssisi
Kateqoriya :İnzibatiHeyətin idarəolunması
Əmək haqqı:500 AZN
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:07 Jul 2015
Son tarix:07 Jul 2017
Elanın nömrəsi:3693
Baxılış sayı:973
Məlumat

- Bütün işə qəbullar, işdən çıxmalar və vəzifə dəyişikliklərini Nazirliyin yaratdığı sistemə daxil edilməsi    
- İşə qəbul, işdən azad və vəzifə dəyişikliklərinin rəsmiləşdirilməsi    
- Şəxsi işlərin hazırlanması    
- Əmək kitabçalarının doldurulması (qəbul, dəyişiklik, xitam) 
- Davamiyyətin təqibi 
- İcbari və tibbi sığortaların təqibi    
- İllik məzuniyyət planın təsdiqlənməsi    
- Məzuniyyətlərin verilməsi    
- Aylıq HR hesabatın Və KPİ-ların hazırlanması (hazır forma) 
- Hesabat-Məşğulluq idarəsi: Vakant iş yerinə göndəriş- aylıq; Boş iş yerləri haqqında-ştat açıldıqda;işçilər haqqında 
(işə qəbul edilən və işdən çıxarılan, o cümlədən kvota üzrə- aylıq) -illik hesabatların verilməsi    
- Hesabat-Statistika idarəsi: işçilərin hərəkəti haqqında yarımillik və illik əsasda; iş yerlərinin və işçilərin orta illik siyahı-illik əsasında hesabatların verilməsi    
- Vakansiyaların elan edilməsi    
- CV-lərə baxılması    
- Müsahibələrin təşkili    
- Saytın işə qəbul hissəsində vaxtaşırı dəyişikliklər    
- İş üçün edilən müraciətlərin qiymətləndirilməsi    
- İşə götürmə ilə bağlı seçmə və müsahibələrin təşkili

Namizəddən tələblər

- Azərbaycan və rus dillərində danışıq    
- Ali təhsil (aidiyyatı ixtisas üzrə arzuolunandır) 
- İnsan Resurları sahəsində azı 2 il təcrübəsi olan    
- Menecmentin əsaslarını bilməli    
- İnsan Resursları İdarəedilməsi və Formalaşması nəzəriyyəsini bilməli    
- Əmək Məcəlləsini mükəmməl bilməli    
- Birgə iş-komandada işləmə qabiliyyəti    
- Cinsi: qadın    
- Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti    
- Dəqiq, məsuliyyətli, müstəqil və qərəzsiz;    
- Stres altında işləməyi və stres vəziyyətlərində qərar qəbul etməyi bacaran;    
- Nizam-intizamlı    
- Daim təşəbbüskar    

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "HR mütəxəssisi" qeyd etməklə və şəkil əlavə etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@autoaz.az ünvanına göndərə bilərlər. 
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Copuright © 2014
created by NetMedia MMC