Direktor köməkçisi
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:09 Mar 2019
Son tarix:09 Apr 2019
Elanın nömrəsi:35852
Baxılış sayı:252
Məlumat

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
- Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
- Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyətlər  üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddən tələblər

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazmaqla müraciət edilir.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar