Keyfiyyet idare etmə sistemi üzrə mütəxəsis
İşə götürən :Mətanət A
Əlaqədar şəxs :Samirə Ağayeva
Ünvan:Bakı >> Xetai 34, Luxen Plaza
İş təcrübəsi:1 ildən 3 ilə qədər
Təhsil:Ali
Tel:0502086695
Email:Hr@matanata.com
Tarix:06 Mar 2019
Son tarix:06 Apr 2019
Elanın nömrəsi:35826
Baxılış sayı:138
Məlumat

Vəzifə öhdəlikləri: • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq; • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək, • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi; • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək; • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək; • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması; • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək; • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili; • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi; • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq; • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq; • Uyğunsuzluğun təhlilində iştirak etmək;

Namizəddən tələblər

Tələblər: • Yaş həddi: 28-40 • Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması); • İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması); • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak; • Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli; • Microsoft Office proqramlarını əla səviyyədə bilməli. Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • İş saatı: 09-00-dan 18-00-dək; • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” yazaraq hr@matanata.com ünvanına göndərmələri xahiş olunur; • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar