Kadrlar üzrə mütəxəssis
Əmək haqqı:500 AZN
İşə götürən :İNVEST AUDİT
Əlaqədar şəxs :fuad babashov
Ünvan:Bakı >> bakı şəhəri, xocalı prospekti, demirchi tower, 22-ci mərtəbə
Yaş:25
İş təcrübəsi:1 ildən 3 ilə qədər
Təhsil:Ali
İxtisas:kadrlar üzrə mütəxəssis
Tel:310 34 33
Email:hr@investaudit.az
Tarix:01 Nov 2018
Son tarix:03 Dec 2018
Elanın nömrəsi:34922
Baxılış sayı:221
Məlumat

Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə dəyişikliklərini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək və elektron Hökumət Portalına daxil etmək, sosial sığorta şəhadətnamələrini sifariş etmək; -işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, – Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi. – Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması; - Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək - Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək - İşçilərin vaxtında işə gəlib-getməsinə və əmək intizamına əməl etməsinə nəzarət etmək. - İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq - -HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi; – Kadr tələbinin planlaşdırılması; – Vəzifə təlimatlarının hazırlanması; – Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi; – Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi; – İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması; – Kadr bazasının yaradılması; – Şirkət daxili prosedurların hazırlanması; – İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;

Namizəddən tələblər

li təhsilli - Azərbaycan və rus dili bilikləri - Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək - Microsoft Office və Excell, Mühasibat proqramlarında sərbəst işləmək bacarığı - Məsuliyyətli və diqqətli - Ünsiyyət qurma və yüksək təqdimat bacarığı - Problemləri həll etmə bacarığı Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək - Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək -Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar saytların hazırlanması seo xidməti