Logistika Koordinatoru
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:25 Oct 2018
Son tarix:25 Nov 2018
Elanın nömrəsi:34885
Baxılış sayı:239
Məlumat

• Şirkət tərəfindən tikinti materiallarının müştərilərə çatdırılmasını təmin edir;
•  Buraxılış sənədlərində mal çeşidlərini və sayının düzgünlüyünə nəzarət edir; 
• Sifarişlərin qaimələr üzrə tərtib olunmasını təmin və nəzarət edir;
• Daxil olan sifarişlərə uyğun olaraq şirkətin məhsullarının tələb olunan ünvana vaxtında, göstərilən miqdarda çatdırılmasını təmin etmək üçün sürücülərin fəaliyyətini artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə rəhbərlik edir;
• Maşınların sifarişə uyğun istiqamətlənməsinin təmin edilməsinə nəzarət edir;
• Malların yük çəkisinin tənzimlənməsinə nəzarət edir;
• Anbarların mal ehtiyatının tənzimlənməsini təşkil edir;
• Gün ərzində sürücülərin iş rejiminin tənzimlənməsini həyata keçirir;
• HM üzrə Anbarların işlərini tənzimləyir, nəzarət edir;
• HM üzrə anbardarların iş bölgüsünü aparır, hesabat alır.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• Şənbə günü 09:00-dan 13:00-a dək:
• Bazar günü istirahət.

Namizəddən tələblər

• Yaş həddi: 28-40
• Ali təhsilli;
• İş təcrübəsi:Minimum 3  il təcrübə;
• Azərbaycan və Rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

Şəxsi keyfiyyətləri:

• Liderlik;
• İşə planlı yanaşma;
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Fəallıq.

Əlavə şərtlər:

• Ezamiyyət imkanları;

Əlavə tələblər:

• Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
• Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
• Maraqlananlar saytda onlayn-anketi dolduraraq hr@matanata.com ünvanına göndərə bilərlər.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar saytların hazırlanması seo xidməti