Texniki ofis mühəndisi (Tikinti/inşaat)
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:04 Oct 2018
Son tarix:04 Nov 2018
Elanın nömrəsi:34698
Baxılış sayı:314
Məlumat

İşin Təsviri:

Podrat müqavilələrinin tərtibatı və hazırlanması. Təhvil-təslim sənədlərini və ödəniş üçün müvafiq qeydləri təmin etmək. Bütün lazımlı metraj işlərini həyata keçirmək. Aylıq fəaliyyət məruzələrinin hazırlanmasını təmin etmək. İş proqramı və planlaşdırma fəaliyyətlərinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

- Podrat müqavilələrini hazırlamaq, smeta sənədlərini yoxlamaq, təhvil aktlarını tərtib etmək, görülmüş işlərin dəyərini hesablamaq və uçotunu aparmaq;
- Tikintidaxili titul siyahılarına baxılması və yoxlanılmasında iştirak etmək;
- Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını həyata keçirmək;
- İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib etmək;
- Limitləri qoyulmuş xərcləri əlavə etməklə yerinə yetirilmiş işlərin dəyərəni hesablamaq;
- İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparmaq;
- İcra olunmuş işlərin nəzarət məqsədi ilə ölçülməsində iştirak etmək; 
- Məxaric smetalarını tərtib etmək və lazım gəldikdə onları sifarişçi ilə razılaşdırmaq;
- Arbitrajda baxılması üçün iddia sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təsərrüfat hesablı briqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən etmək.

Namizəddən tələblər

- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texniki ofis mühəndisi (Tikinti/inşaat)” yazmaqla CV göndərərək müraciət edilir.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar saytların hazırlanması seo xidməti