Daxili Auditor
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:01 Oct 2018
Son tarix:01 Nov 2018
Elanın nömrəsi:34662
Baxılış sayı:266
Məlumat

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak;
- Təşkilatın siyasətlərinin, prosedurların, standartların və digər normativ sənədlərin qiymətləndirilməsi;
- Təşkilatda tətbiq olunan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması;
- Kənar audit proseslərinə dəstəyin göstərilməsi;
- Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
- Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.

Namizəddən tələblər

- Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi;
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə etmək bacarığı arzuolunandır;
- CIA,CRMA sertifakatları üstünlükdür;
- İngilis və rus dili biliyi;
- Daim inkişafa meyillilik;
- Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Auditor” yazıb CV göndərərək müraciət edilir.


© 2014 Все права защищены office@kadr-az.info
created by NetMedia
laminat ucuz qapilar qapilar qapilar saytların hazırlanması seo xidməti