Birbaşa satış şöbəsinin mütəxəssisi
Kateqoriya :MaliyyəSıgorta
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:01 Jun 2015
Son tarix:01 Jun 2017
Elanın nömrəsi:2947
Baxılış sayı:668
Məlumat

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Sabit əmək haqqı 300-500 AZN + rüblük motivasiya

Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizəddən tələblər

• Yaş: 22-30 
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: Satış sahəsində və ya bank sahəsində olanlara üstünlük verilir

Eyni zamanda 2015-ci ilin məzunlarıda müraciət edə bilər

• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Xoş xarici görüş
• Yüksək təqdimat bacarığı
• Satış texnologiyaları ilə bağlı nəzəri biliklər


Copuright © 2014
created by NetMedia MMC