İSO üzrə Mütəxəssis
Kateqoriya :İnzibatiOfis menecmenti
Əmək haqqı:1500 AZN
İşə götürən :Qazax Sement Zavodu
Əlaqədar şəxs :Cavid Məhərrəmov
Ünvan:Qazax >> Qazax ray., Daşsalahlı k.
Yaş:30
İş təcrübəsi:3 ildən 5 ilə qədər
Təhsil:Ali
İxtisas:İSO
Email:cavid.meherramov@akkord.az
Tarix:12 Jan 2015
Son tarix:12 Apr 2015
Elanın nömrəsi:289
Baxılış sayı:993
Məlumat

• Zavod tərəfindən müəyyən olunan məqsəd, prinsip və göstərişlərə uyğun olaraq, İnteqrasiya olunmuş İdarəetmə Sistemi ilə əlaqədar fəaliyyətlərin və nəticələrinin planlaşdırılan qaydalara uyğun gəlib-gəlmədiyinə nəzarət etmək. • Bu qaydaların təsirli olaraq tətbiqə uygun olub olmadığını, məqsədə çatmaq üçün yetərli olub olmadığının sistematik və qərəzsiz olaraq araşdırılması məqsədi ilə lazımi fəaliyyətləri planlaşdırmaq, icra və nəzarət etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sisteminin qurulması, davam etdirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar hər cür fəaliyyətləri koordinasiya etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sistemi əl kitabını hazırlamaq, dərc etmək və aktuallığını təmin etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sistemi çərçivəsində lazımi prosedurları hazırlamaq və Zavod Direktoruna təqdim etmək, əlaqədar şəxslərə çatdırılmasını təmin etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sistemi audit sənədlərini hazırlamaq və tətbiq etmək. • Araşdırma ilə bağlı nəticələri sənədləşdirmək, nəticələri qiymətləndirərək rəhbərliyə hesabat vermək. • İnteqrasiya olunmuş İdarəetmə Sistemi çərçivəsində prosesləri müəyyən etmək, performans qiymətləndirmələrini aparmaq, nəzarət etmək. • Lazımlı düzəlişedici, önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək və effektivliyinə nəzarət etmək, dəyərləndirilmələri rəhbərliyə hesabat etmək. • Araşdırma sənədlərini saxlamaq, lazım olduğu təqdirdə təkrar istifadə edilməsini və məxfiliyinin qorunmasını təmin etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sistemi çərçivəsində qüvvədə olan bütün sənədlərin aktual idarəli nüsxələrinin müvafiq yerlərdə saxlanılmasını, mühafizə edilməsini, qüvvədən düşənlərin toplanılmasını, məhv edilməsini təmin etmək. • Zavodun məqsədi və ümumi siyasəti çərçivəsində, tətbiqlərə davamlı olaraq nəzarət etmək, məqsədlərə uyğunluğuna nəzarət etmək və edilməsi zəruri olan dəyişiklikləri Zavod Direktoruna təklif etmək. • İnteqrasiya olunmuş İdarəetmə Sisteminin, Sənədləşdirmə qurumu və ya xarici yoxlama qurumları tərəfindən həyata keçiriləcək yoxlamalarında tədqiq heyətinə kömək etmək, tədqiq heyəti ilə bölmələr arasında koordinasiyanı təmin etmək. • İnteqrasiya olunmuş İdarə Sistemində müəyyən olunan prosedur, keyfiyyət planı və təlimatlara riayət olunmasını və tətbiqi zamanı ortaya çıxa biləcək səhvlərin düzəldilməsini təmin etmək. • Zavodun fəaliyyəti ilə əlaqədar qanunvericiliyə və iş prosedurlarına riayət edilməsini təmin etmək, bunların həyata keçirilməsini davamlı olaraq izləmək və nəzarət etmək. • Görülən işlər ilə əlaqədar hər cür qeydlərin aparılmasını, sənədlərin tənzimini və zavod prosedurlarına riayət edilməsini təmin etmək, müəyyən olunmuş məlumat axını, iş axını və hesabat sistemlərinə görə lazımlı işləri təyin etmək və tətbiq etmək. • Fəaliyyətlər ilə əlaqədar hər cür hesabat və formaların zamanında hazırlanmasını və əlaqədar şəxslərə çatdırılmasını təmin etmək.

Namizəddən tələblər

-Rus və İngilis dilində sərbəst danışıq -MS office proqramları əla bilməli


Copuright © 2014
created by NetMedia MMC