Kadrlar üzrə mütəxəssis
Kateqoriya :İnzibatiHeyətin idarəolunması
Əmək haqqı:700 AZN
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:21 May 2015
Son tarix:21 May 2017
Elanın nömrəsi:2698
Baxılış sayı:1192
Məlumat

- Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; 
- İşçilərin davamiyyət uçotunu aparmaq; 
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, bir vəzifədən başqasına keçirilməsi, ezamiyyətə göndərilməsini, məzuniyyətə buraxılmasını, ixtisasının artırlımasının, təlimlərə göndərilməsinin, intizam tənbehinin verilməsinin və işdən azad edilməsinin vaxtında rəsmiləşdirilməsini həyata keçirmək; 
- Namizədlər bazasının yaradılması; 
- Kadrların seçilməsində və yerləşdirilməsində bilavasitə iştirak edilməsi; 
- Vəzifə təlimatlarının hazırlanması; 
- Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi; 
- İşçilərin şirkətə bağlılığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi; 
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi; 
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi; 
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması; 
- İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi; 
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr vermək; 
- İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi (Performance Management); 
- Əmək haqqı hesablaması üçün maliyyə -iqtisad departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi; 
- Tələb olunduğu təqdirdə qanunvericiliyə uyğun olaraq Cəmiyyətin işçilərinin attestasiyasının keçirilməsini, onun metodika və məlumatla təmin edilməsini, attestasiyanın nəticələrinin analizində iştirak edilməsini, attestasiya komissiyasının qərarlarının yerinə yetirilməsinə daimi nəzarətin həyata keçirilməsini təmin etmək; 
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; 
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; 
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi; 
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

 

Namizəddən tələblər

- Ali təhsil; 
- İnsan resursları sahəsində azı 2 il stajı; 
- Yaş həddi: 25-35 yaş arası; 
- Kompyüterlə işləmək bacarığı (Word, Excel, Outlook); 
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə, ingilis dilini orta səviyyədə bilməli; 
- AR Əmək Məcəlləsini bilmək; 
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; 
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı; 
- Məsuliyyətlilik; 
- Diqqətlilik; 
- Geniş dünyagörüşü; 
- Əlaqələndirmə bacarığı.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kadr işləri üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

E-mail: mehdi.azimov@asgroup.az


Copuright © 2014
created by NetMedia MMC