Tərcüməçi (Könüllü)
Kateqoriya :XidmətTərcüməçi
İşə götürən :ZZ Group
Əlaqədar şəxs :ZZ Group
Ünvan:Bakı >>
İş təcrübəsi:1 ildən aşağı
Təhsil:Təhsil
Email:careers@zzgroup.az
Tarix:13 Jul 2016
Son tarix:13 Oct 2016
Elanın nömrəsi:17779
Baxılış sayı:1372
Məlumat

İş yeri: Bakı şəhəri İş qrafiki: həftənin 5 günü (şənbə-bazar günləri, bayram günləri istisna olmaqla) İş saatı: sərbəst Könüllü işi ödənişsiz əsaslarladır. Təklif edilən imkanlar: Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran könüllülərin hər birinə ZZ GROUP tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Qeyd edək ki, yüksək səviyyədə fərqlənən könüllülərə sertifikat və xasiyyətnamə ilə yanaşı eyni zamanda bonus da veriləcək və onlar gələcəkdə komandamızda daimi iş əldə etmək imkanı qazanacaqlar. Bu 3 ay müddətində bizimlə çalışan bütün könüllülər iş təcrübəsi, yeni tanışlıqlar və müsbət təəssüratlar qazanacaqlar. Sizləri sıralarımızda görməyə şad olardıq. Arzu edən şəxslər öz CV-lərini careers@zzgroup.az ünvanına göndərə bilərlər. Qeyd: Seçim iki mərhələdən ibarətdir. İlk mərhələ CV-lərin nəzərdən keçirilib uyğun namizədlərin seçilməsi, ikinci mərhələ isə seçilən namizədlərin şirkət ofisinə müsahibə üçün dəvət olunmasıdır. Son müraciət tarixi: 15.08.2016

Namizəddən tələblər

Tərcüməçi vakansiyası üzrə tələblər: • Təcrübəyə sərbəst iş qrafikində cəlb olunmaq və işləmək imkanı olan tələbə, məzun və gənclər; • Məqsədyönlü, kollektivdə işləməyi bacaran, səmimi, xoşrəftar, operativ və yaradıcı; • Nəzərdə tutulan işləri müəyyən olunmuş qrafik üzrə yerinə yetirmək • İşlə bağlı təhkim olunduğu rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək • Azərbaycan, rus və ingilis dillərini əla bilmək, o cümlədən bu dillərin qrammatika və normalarını yüksək şəkildə mənimsəmiş olmaq; • Azərbaycan, rus və ingilis dillərində (digər dillər arzu olunandır) yazılı tərcümə etmək bacarığı, şifahi nitq də arzuolunandır • Kompyuteri və ofis proqramlarını bilmək, ofis avadanlıqlarından istifadə etməyi bacarmaq • İşində dəqiq, məsuliyyətli və punktual, eləcə də işgüzar olmaq, komandada işləmək • Mətnləri tərcümə etmək və strukturlaşdırmaq • Saytda yerləşdiriləcək materialların tərtib olunmasında müəlliflərə kömək göstərmək • Saytın bölmələrini müvafiq məlumatla tamamlamaq, yenilikləri izləmək • Material və məqalələrin müəllifləri ilə daimi əlaqədə olmaq • ADA və Azərbaycan Dillər Universitetinin tələbə və məzunlarına üstünlük veriləcəkdir.


Copuright © 2014
created by NetMedia MMC