Müştərilərlə iş üzrə menecer
Kateqoriya :İnzibatiMenecment
Əmək haqqı:300 AZN
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:06 Jan 2015
Son tarix:06 Apr 2015
Elanın nömrəsi:174
Baxılış sayı:925
Məlumat

Funksional öhdəlikləri:
Müştərilərlə iş üzrə menecer aşağıdakı öhdəlikləri daşıyır:
- Jurnalda reklam imkanlarının potensial müştərilərə təqdim olunması və satışını təmin edir
- Media kit və price list-lərin yaradılması və razılaşdırılmasını təmin edir
- Reklamın yerləşdirilməsi üzrə işi koordinasiya edir
- Müştərilərlə müqavilələrin hazırlanması və bağlanmasını təmin edir
- Reklam satışı ilə əlaqədar məlumatların toplanması, məlumat bazasının yaradılması və təhlili, hesabatların vaxtında hazırlanmasını təmin edir
- Ödənişlərin vaxtında yerinə yetirilməsini təmin edir
- Müştərilərə sistematik qaydada baş çəkilməsi, əlverişli və sərfəli münasibətlərin qurulması
Biz təklif edirik:
- Sosial paket
- Peşəkar mühitdə inkişaf, mütəmadi treninqlər
- Maraqlı şəxslərlə ünsiyyət və iş imkanı

Namizəddən tələblər

- Dövri nəşrlərdə reklam satışı sahəsində ən azı 3 illik iş təcrübəsinə malik olmaq
- Reklam bazarı haqqında biliklərə malik olmaq
- Müştərilərlə işləmək, onlarla əlaqələr yaratmaq və inkişaf etdirmək təcrübəsi
- Danışıqlar aparılması vərdişinə malik olmaq
- Azərbaycan və rus dillərindən peşəkar istifadə bacarıqları. İngilis dilini bilmək arzuolunandır
Namizədlər CV-lərini office@nationalgeographic.az ünvanına göndərmələri xahiş olunur.

Əmək haqqı : 300 AZN


Copuright © 2014
created by NetMedia MMC