Daxili audit departamentinin əməkdaşı
Kateqoriya :MaliyyəAudit
İşə götürən :Veysəloğlu Şirkətlər Qrupu
Əlaqədar şəxs :Pərviz Əliyev
Ünvan:Bakı >> Keşlə qəs.,2-ci Eninə 2,
Yaş:23
İş təcrübəsi:İş təcrübəsi
Təhsil:Ali
Tel:4472700
Email:cv@veyseloglu.az
Tarix:03 Jun 2016
Son tarix:03 Jul 2016
Elanın nömrəsi:15709
Baxılış sayı:1471
Məlumat

Şəxsi keyfiyyətlər: - Analitik düşüncə; - Qərar vermə qabiliyyəti; - Komandada işləmək bacarığı; - Mübahisələrin həll edilməsi; - Effektiv kommunikasiya; - Nəzarət; - Əlaqələndirmə. Təcrübə: pərakəndə və istehsalat müəssisələrinin müxtəlif sahələrində daxili nəzarətin yaradılması və təkmilləşməsi, daxili audit, risklərin idarəedilməsi və dələduzluq sahələrində təcrübəyə malik olan namizədlərə üstünlük veriləcək. Təhsil: ali təhsil bakalavr dərəcəsi; daxili audit, daxili nəzarət, risklərin idarəedilməsi və dələduzluq sahələrində peşəkar kvalifikasiyaların sahiblərinə üstünlük veriləcək. Dillər: azərbaycan - sərbəst, rus - orta, ingilis – orta dərəcədə bilməlidir; gürcü dilini sərbəst bilən əməkdaşlara üstünlük veriləcək. Texniki bacarıqlar: MS Office proqramlarını sərbəst bilməli və tətbiq etməlidir. Logo Tiger və Mikro ERP proqramlarını sərbəst bilən və tətbiq edən namizədlərinə üstünlük veriləcək. Namizədlərin vəzifə dərəcəsi, iş həcmi və əmək haqqısı testlər və müsabiqə nəticəsində Daxili audit departamentinin vəzifə təlimatına uyğun müəyyən ediləcək. İş şəraiti: İş qrafiki: Həftənin 6 günü, istirahət günü - bazar. Müraciət edənlərdən cv@veyseloglu.az ünvanına mövzu yerində \"Daxili audit departamentinin əməkdaşı\" yazmaq şərti ilə CV göndərmələri xahiş olunur.

Namizəddən tələblər

Vəzifənin təyinatı: Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında, belə yoxlamalarla həmin proseslərinin inkişafına dair tövsiyyələrin verilməsində iştirak etmək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardım olmaq. Səlahiyyətlər və öhdəliklər: Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək. Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq. Şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək. Audit yoxlamaları nəticəsində şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəy bildirmək. Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsi aparmaq və rəyi vermək. Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəyləri hazırlamasında iştirak etmək. Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq. Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testləri aparmaq və tapşırıqları yerinə yetirmək. Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testləri aparmaq və tapşırıqları yerinə yetirmək. Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təklifləri irəli sürmək. Şirkətin risk idarəedilməsinin inkişafına dair təklifləri irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək. Daxili audit yoxlamaları zamanı saxtakarlığın risklərinin qiymətləndirilməsini aparmaq. Dələduzluq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək. Departament büdcəsinin hazırlamasında iştirak etmək. Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq. Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.


Copuright © 2014
created by NetMedia MMC