Kiçik mütəxəssis
Kateqoriya :MaliyyəMühasibat
İşə götürən :PAŞA Həyat Sığorta
Əlaqədar şəxs :İnsan Resursları Departamenti
Ünvan:Bakı >> Nərimanov rayonu, Mayakovski 15
Yaş:23
İş təcrübəsi:1 ildən aşağı
Təhsil:Ali
İxtisas:Ümumi iqtisadi nəzəriyyə, Mühasibat prinsipləri sahəsində bakalavr səviyyəsində akademik biliklər.
Email:cv@pasha-life.az
Tarix:13 Apr 2016
Son tarix:13 May 2016
Elanın nömrəsi:13599
Baxılış sayı:2146
Məlumat

•Mühasibat müxabirləşmələrini və hesabatları mühasibat standartları və şirkətdaxili siyasət və qaydalara əsasən hazırlamaq, məlumatların düzgünlük və dəqiqliyini təmin etmək məqsədi ilə nəzərdən keçirmək və təhlil/icra etmək. •Digər strutktur bölmələrin mühasibatlıq məlumatları ilə bağlı sorğularını operativ olaraq yazılı cavablandırmaq. •Şirkətin əməkdaşlıq etdiyi banklarla əlaqə saxlayıb, cair hesab qalıqları və təqdim edilmiş ödəniş tapşırıqları barədə məlumatı əldə etmək və birbaşa rəhbərə təqdim etmək.

Namizəddən tələblər

Mühasibatlıq sahəsində minimal 9 aylıq iş təcrübəsi Ümumi iqtisadi nəzəriyyə, Mühasibat prinsipləri sahəsində bakalavr səviyyəsində akademik biliklər. Azərbaycan Dili – Azərbaycan dilinin qrammatik qaydaları və üzrə orta təhsil səviyyəsində biliklər. Xarili dil – Rus dilində sərbəst danışmaq bacarığı və orta səviyyəli yazı bilikləri. İngilis dilində ilkin oxumaq və danışmaq bilikləri. Mühasibat proqramı — Günəş sistemi ilə tanışlıq MS Office proqramları — Excel proqramında orta səviyyəli bilik, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq. Word və PowerPoint proqramlarından minimal istifadə bilikləri. Riyaziyyat və məntiq — Cəbr üzrə orta təhsil səviyyəsində mükəmməl biliklər, Statistika üzrə baza bilikəri; Məntiqi düşünmə bacarığı; Peşəkar Sertifikasiyalar – Mühasibatlıq üzrə ACCA və ya CPA proqramlarına üzvlük arzu olunur. Aktiv dinləmə — Həmkarların dediklərinə tam diqqəti yönəltmək, bildirilmiş fikir və tapşırıqları tam qavaramaq, lazım olduqda sual vermək və uyğun olmayan zamanda sözünü kəsməmək. Məntiqi düşüncə — Qarşılaşmış tapşırıq və problemlərin həllində məntiqi düşüncənin tətbiqi. Oxumaq — İşlə bağlı olan sənəd və digər yazılı materialları oxumaq və məlumatı qavaramaq. Yazmaq — Qarşı tərəfin ehtiyacların uyğun olaraq fikirləri effektiv olaraq yazılı şəkildə bildirmək.


Copuright © 2014
created by NetMedia MMC