Ofis Koordinatoru
Kateqoriya :İnzibatiOfis menecmenti
Əmək haqqı:400 AZN
İşə götürən :Firma
Əlaqədar şəxs :
Tarix:20 Feb 2015
Son tarix:20 May 2015
Elanın nömrəsi:1095
Baxılış sayı:1132
Məlumat

- Sənədlərin tərcümə edilməsi 
- Müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirmək 
- Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması 
- Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək və onlara mütəmadi nəzarət etmək 
- Lazımi sənədləri hazırlamaq və aidiyyatı şöbəyə təhvil vermək 
- Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil verilməsi 
- İş qrafiki: 5 gün 08:00-19:00 
- İş yeri: İçəri Şəhər

Namizəddən tələblər

- Ali təhsili 
- Azərbaycan, rus və ingilis dillərində səlist anlamaq, danışmaq, yazmaq 
- Hərbi xidmət 
- Sürücülük vəsiqəsi və təcrübəsi 
- Mühafizə xidmətində, təhlükəsizlik departamentində və hüquq mühafizə orqanlarında təcrübəsi olanlara üstünlük verilir 
- Ofis proqramlarını bilmək, kompyuter bilikləri 
- Kollektivdə işləmə qabiliyyəti 
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
- Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı 
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı 
- İşgüzar münasibət etikasını bilməli 
- Daxili nizam-intizama riayət etmək 
- Ciddi və məsuliyyətli olmaq 
- Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli 
- Stressə davamlı olmalı

Əmək haqqı: 400-500 AZN
E-mail: office@sirgroup.az
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (namizədin şəklinin olması mütləqdir) office@sirgroup.az elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ofis-Koordinator) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlərə baxılmayacaqdır.
Xahiş olunur yuxarıda verilən məlumatlar diqqətlə oxunsun və bunlara əməl olunsun. 
Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.


Copuright © 2014
created by NetMedia MMC